Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda banklar üçün yeni öhdəlik müəyyənləşdirilir

Azərbaycanda banklar üçün yeni öhdəlik müəyyənləşdirilir

Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda banklar üçün yeni öhdəlik müəyyənləşdiriləcək.

“APA-Economics”in məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədi ilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir.

Vergi Məcəlləsinə təklif edilən yeni maddəyə (761.-1) əsasən, artıq vergi orqanlarının banklara yazılı bildiriş göndərib-göndərməməsindən asılı olmayaraq, əlavə dəyər vergisi (ƏDV) qeydiyyatında olan vergi ödəyicisinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatlar banklar tərəfindən hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …