Ana səhifə / İqtisadiyyat / Azərbaycanda bank hesabları sosial şəbəkə vasitəsilə də açıla bilər

Azərbaycanda bank hesabları sosial şəbəkə vasitəsilə də açıla bilər

Azərbaycanda bank müştərilərinin hesablarının eyniləşdirilməsində 3-cü tərəflərin iştirakına növbəti inkişaf mərhələsində baxıla bilər”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət sektorunun müdiri Tamerlan Rüstəmov bildirib.
“Bizim bank sistemi üçün hesabların məsafədən açılması ilkin addımdır. Hazırkı təqdim olunun ilkin həll yolunda üçüncü tərəf üzərindən, sosial şəbəkə üzərindən müştərinin eyniləşdirilməsi nəzərə tutulmayıb. Düşünürəm ki, bu məsələ həm cari müzakirələrin mövzusudur, həm də məntiqi nəticəyə gəldikdən sonra, növbəti inkişaf mərhələsində baxıla bilər. Etiraf edək ki, rəqəmsal texnologiyanın tətbiqi qarşısıalınmaz risklərin meydana gəlməsinə səbəb ola bilər”, – deyə T.Rüstəmov əlavə edib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …