Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda bəzi otellər yerli sakinləri qəbul etmirlər

Azərbaycanda bəzi otellər yerli sakinləri qəbul etmirlər

Artıq bir müddətdir ki, ölkəmizdə qəribə tendensiya formalaşıb. Belə ki, Azərbaycanda bəzi otellər var ki yerli vətəndaşlarımıza oteldə qonaqlmaq icazəsi vermirlər. Daha dəqiq desək ölkəmizdə hər hansı bir şəhərdə və ya rayonda qeydiyyatda olan şəxs həmin şəhərin və ya rayonun otelində qonaq ola bilmir. Maraqlısı isə budur  ki, bu kimi qanun ölkə qanunvericiliyində yer almayıb və bu qadağa yalnız otellərin tələblərindən irəli gəlir.

Məsələ ilə bağlı Azərbaycan Otellər və Restoranlar Assosasiyanın rəhbəri Samir Dübəndinin fikirlərini öyrəndik. O belə halların həqiqətən də olduğunu və bu qadağaların beynəlxalq standartlara uyğun olmadığını bildirdi. Assosasiya rəhbəri ölkə qanunvericiliyində belə bir qadağanın olmadığını və bəzi otel nümayəndələrinin bunu özlərindən uydurduqlarını söylədi. Samir Dübəndi bir müddət öncə otellərdə nigah kağızı kimi problemlərin olduğunu və hazırda bu məsələnin aradan qaldırılmaq üzrə olduğunu qeyd etdi.

Bəs bu cür problemlərlə qarşılaşan şəxs nə etməlidir? – Samir Dübəndi: İstər bölgələrdə istər Bakı şəhərində qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu şəhərin otelində qonaqlamaq icazəsi verilmədiyi halda Azərbaycan Otellər və Restoranlar Assosasiyasına, 012 434 78 77 telefon nömrəsinə müraciət etməyi məsləhət gördü.  Assosasiya rəhbəri bu kimi problemlə rastlaşanlara kömək etməyə çalışacaqlarını bildirdi. Bundan başqa həmin şəxslərin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə də müraciət etməyi  məsləhət görüldü.

Qeyd edək ki, Turizm.fins.az olaraq redaksiyamıza bu məsələ ilə bağlı zənglər gəldiyindən məsələni ictimailəşdirmək qərarına gəldik. Onu da bildirək ki, hələ də bəzi otellər  var ki, hansı ki, nigah kağızı olmadan bəy və xanımların birlikdə oteldə qonaqlmasına icazə vermirlər.(Fins.az)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …