Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 12 % artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 12 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 2 milyard 608,1 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 1 milyard 980,3 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,9 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 554,8 milyon manatı dövlət, 2 milyard 053,3 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 257,4 manatlıq və yaxud 1 il əvvələ nisbətən 47 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …