Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycana xaricdən iri və xırda buynuzlu mal-qara idxalı niyə artıb?

Azərbaycana xaricdən iri və xırda buynuzlu mal-qara idxalı niyə artıb?

“Azərbaycanda, təqribən, 2014-2015-ci illərdən sonra örüş yerləri ilə bağlı ciddi problem yaşanmağa başladı. Texniki bitkilərin, əsasən də pambıqçılığın sürətlə inkişafına qərar verildikdən sonra yem bazası zəiflədi. Bu da iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayının azalmasına, daxili tələbatın ödənilməsi ilə bağlı müəyyən problemlərə səbəb oldu. Çünki yem çox bahalaşdı. Əsasən kiçik və orta fermerlər mal saxlamaqda çətinliklərlə qarşılaşdılar. Yemin bahalaşması isə fermerlərin bir çoxunun bazardan sıxışdırılıb çıxarılmasına səbəb oldu”.

Bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycana qoyun idxalının 3 dəfəyə yaxın artması barədə danışarkən deyib.

Ekspert bildirib ki, əhalinin sayı artıqca onun tələbatı da artır: “Daxili tələbatın artdığını nəzərə alsaq, iribuynuzlu və xırdabuynuzlu mal-qara üçün defisit yaranır. Beləliklə, daxili tələbatı ödəmək, eyni zamanda daha ucuz olduğu üçün xaricdən gətirilən diri heyvanların sayında artım müşahidə olunur. Əsasən Gürcüstanda bizdən xeyli ucuzudur – ən az 40-50% daha ucuz. Bu səbəblə Azərbaycana Gürcüstandan daha çox mal-qara idxal olunmağa başlandı. Bu da daxili bazarda disbalansın yaranması ilə nəticələnir. Çünki daxildə öz istehsalımız azaldıqca xaricdən gətirilən mal-qaraya tələbat artır”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …