Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycana xaricdən gətirilən avtomobil sayı artıb – RƏSMİ

Azərbaycana xaricdən gətirilən avtomobil sayı artıb – RƏSMİ

Bu ilin 8 ayı ərzində Azərbaycana 21116 nəqliyyat vasitəsi idxal edilib. Ötən ilin analoji dövründə isə ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayı 19407 ədəd olub.

Azinforum.az Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə əsasən xəbər verir ki, bu ilin 8 ayı ərzində Azərbaycana ümumilikdə yanvarda 469, fevralda 1003, martda 1431, apreldə 1943, mayda 2657, iyunda 3483, iyulda 4468, avqustda 5662 nəqliyyat vasitəsi gətirilib.
Hesabat dövründə 395 sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi idxal edilib.

Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 17 953 olub.

Ölkəyə gətirilən 2528  motorlu nəqliyyat vasitəsi yük daşımaq üçün nəzərdə tutulub.

Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 240 olub.

Qeyd edək ki, 2016-cı ildə ümumilikdə Azərbaycana 34322 ədəd nəqliyyat vasitəsi idxal olunub.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …