Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycana rekord sayda texnika gətirilib

Azərbaycana rekord sayda texnika gətirilib

“Hesab edirəm ki, bu il kənd təsərrüfatı texnikasının alınması ilə bağlı rekord il olub. Mənə müşavirədən əvvəl verilən məlumata görə, bu il artıq 8 min texnika gətirilib”.

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

“Biz bu il 10 min texnika gətirməli idik. Yəqin ki, qalan texnika da ilin sonuna qədər gətiriləcək. Deməliyəm ki, mən indi bölgələrdə olarkən texnika ilə bağlı heç bir şikayət, yaxud da əlavə təklif yoxdur. Biz demək olar ki, bu məsələni də həll etmişik. Əlbəttə ki, bəzi kənd təsərrüfatı sahələrinin inkişafı üçün xüsusi texnikanın alınması davam etdirilməlidir və biz bunu edəcəyik. Amma prinsipcə hesab edirəm ki, biz bu problemi də köklü şəkildə həll etmişik”, – deyə o vurğulayıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …