Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycana iş üçün gələn türklərin sayı xeyli azalıb

Azərbaycana iş üçün gələn türklərin sayı xeyli azalıb

2018-ci ilin yanvar-oktyabr aylarında Türkiyə Məşğulluq Xidməti (İŞKUR) vasitəsilə Azərbaycana iş axtarmaq məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 80,88 faiz azalıb.
Bbu barədə Trend-ə Xidmətin Baş idarəsindən bildiriblər.

Qeyd olunub ki, göstərilən dövrdə Xidmətin dəstəyi ilə Azərbaycana 26 Türkiyə vətəndaşı gəlib. Bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 110 nəfər azdır.

İdarədən deyilib ki, 2018-ci ilin sentyabrında İŞKUR vasitəsilə Azərbaycana cəmi 4 Türkiyə vətəndaşı gəlib.

Ümumilikdə cari ilin oktyabr ayında Məşğulluq Xidməti vasitəsilə xaricə 3373, 10 ayın yekununa görə isə 20 155 vətəndaş (ötən illə müqayisədə 18,23 faiz çox) göndərilib.

Qeyd edək ki, Türkiyədə 3 milyon 215 min nəfər işsiz var. Onlardan 52 faizi qadın, 48 faizi kişidir.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …