Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycana iki aya nə qədər kərə yağı gətirilib?

Azərbaycana iki aya nə qədər kərə yağı gətirilib?

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 9 mln. 876,59 min ABŞ dolları dəyərində 1 705,59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Dövlət Statistika Komitəsindən Ölkə.Az-a verilən məlumata görə, bu, həcm baxımından ötən ilin iki ayı ilə müqayisədə 702,91 ton və ya 29,18% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 392,28 min dollar və ya 16,41% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 8 mln. 483,81 min dollar dəyərində 2 408,50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …