Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycana hibrid avtomobil idxalı 40 dəfə artıb

Azərbaycana hibrid avtomobil idxalı 40 dəfə artıb

2021-ci il ərzində Azərbaycanda idxal edilən avtomobillərin sayı artıb. Dövlət Gömrük Komitəsinin rəqəmlərindən aydın olur ki, bu ilin ilk 7 ayı ərzində ölkəyə 47 min 374 ədəd avtomobil gətirilib. Həmin avtomobillərin idxalı ölkəyə 475 milyon dollara başa gəlib.

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 7 ayı ərzində idxal edilən avtomobillərin sayı az qala ötən ilin 12 ayının idxalına bərabərdir. Devalvasiyadan sonrakı illərin heç birində bu qədər yüksək avtomobil idxalı qeydə alınmamışdı.

Cədvəl: 2013-2021-ci illərdə Azərbaycana idxal edilən avtomobillərin sayı

İlAvtomobil sayı
2021 (İlin ilk 7 ayı)47 min 374
202053 min 729
201947 min 710
201828 min 876
201713 min 098
20165 min 746
201526 min 785
201463 min 368
2013104 min 385

Hibrid avtomobillərə və motosikllərə maraq artır

Ölkəyə gətirilən 47 mindən çox avtomobilin 44 min ədədini minik avtomobilləri təşkil edib. Minik avtomobilləri ilə bağlı gözə dəyən əsas məqam isə, ölkədə daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin, yəni, hibrid avtomobillərin sayındakı ciddi artımla bağlıdır. Belə ki, rəsmi rəqəmlərə görə, 2018-ci ildə 146 ədəd hibrid avtomobil idxal edildiyi halda, 2019-cu ildə bu rəqəm 3645-ə, 2020-ci ildə isə, 5080 ədədə yüksəlmişdi. 2021-ci ildə isə, ilin ilk 7 ayı ərzində bu rəqəm artıq indidən 5 min 879 ədədə yüksəlib. Bu o deməkdir ki, 2018-ci ildən bəri, ölkəyə gətirilən hibrid avtomobillərin sayı 40 dəfə artıb. Artıq idxal edilən avtomobillər arasında hibrid mühərrikli avtomobillərin payı 12 faizdən də yüksəkdir.

Hibrid avtomobillərlə yanaşı, son dövrlər maraq artan nəqliyyat vasitələrindən biri də motosikllərdir. Rəsmi rəqəmlərə görə, son 2015-2020-ci illərdə ölkədə bu nəqliyyat vasitəsinin sayı 50 faiz artıb. Son illərdə Azərbaycanda çatdırılma xidmətləri genişlənməkdədir. Pandemiya dövründə məhdudiyyətlərin artması, kuryerlər tərəfindən geniş istifadə edilən motosikllərin sayının artmasına da təsirsiz ötüşməyib.

Cədvəl: 1990-2020-ci illərdə Azərbaycanda istifadə edilən motosikllərin sayı

İlMotosikllərin sayı
20204 min 594
20194 min 69
20183 min 2906
20173 min 77
20163 min 290
20153 min 215
20101 min 643
20053 min 562
20006 min 389
199513 min 307
199037 min 592

Azərbaycanlılar hansı avtomobillərə üstünlük verir?

2021-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə hələ də minik avtomobillərin əsas hissəsini VA markalı avtomobillər təşkil edir. İlin əvvəlinə ölkədə olan 1 milyon 264 min 542 minik avtomobilinin 400 mini, yəni, təxminən hər üçündən biri məhz VAZ avtomobili olub.

Ümumilikdə, ölkədə istifadə edilən avtomobillərin 38 faizi Rusiya istehsalıdır. Azərbaycanda ən çox istifadə edilən ikinci avtomobil isə “Mercedes”dir. Ölkədəki “Mercedes” markalı avtomobillərin sayı hazırda 206 min ədəddən çoxdur. İlk üçlükdə olan digər bir marka isə, Hyundai-dir. Bu markadan olan avtomobillərin sayı 81 min ədədə bərabərdir. (Azadliq.org)

Cədvəl: 2021-ci ilin əvvəlinə Azərbaycanda istifadə edilən minik avtomobillərinin sayı

 MarkaSay
1Vaz400 min
2Mercedes206 min 500
3Hyundai81 min 71
4Toyota64 min 770
5Opel53 min 938
6KİA43 min 444
7Nissan34 min 479
8BMW29 min 718
9Chevrolet28 min 088

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …