Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycana 100 min manata motosiklet gətirilir

Azərbaycana 100 min manata motosiklet gətirilir

Azərbaycanda motosiklet həvəskarlarının sayı artır. Bu isə motosiklet sürücülərinin sayının artmasına gətirib çıxarır.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Oxu.Az-a bildirib ki, insanların motosikletə üstünlük verməsinin səbəblərindən biri də bu nəqliyyat vasitəsinin əsasən ucuz olması ilə bağlıdır:

“Bəziləri motosikletləri tıxaclara görə alır. Digərləri isə, sadəcə, motosikletlərə olan marağa görə alırlar”.

Ekspertin fikrincə, Azərbaycanda, əsasən, işlənmiş ucuz motosikletlər alınır ki, onların qiyməti 500-2000 manat arasında dəyişir.

Lakin Azərbaycanda bahalı motosikletlər də müştərilərə təqdim edilir. Elan saytlarında apardığımız müşahidələrə görə, məsələn, “Yamaha YZF-R6” modeli 13 500 manatadır.

“Harley Davidson” markasından olan işlənmiş motosikletlərin isə ən ucuzu 16 500 – 26 000 manat qiyməti arasında dəyişir.

2015-ci il buraxılışlı “Harley-Davidson FXDB Dyna Street Bob” modeli 26 min manata təqdim edilir.

“Suzuki Intruder M1800R” 15 800, “Suzuki Boulevard” isə 17 000 manata satışa çıxarılıb. Azərbaycanda yuxarıda adını çəkdiyimiz “Harley Davidson” markasından, servisdə olan ən bahalı motosiklet isə 50 min manatdır. Bununla belə, sifarişlə gətirilən modellərin qiymətləri 80-100 min manat aralığında dəyişir.

Dünya bazarlarında isə daha bahalı, fantastik qiymətə təqdim edilən motosikletlər də var. 2019-cu ilin ən bahalı motosikletlərinin siyahısına nəzər saldıqda görürük ki, “Ecosse FE Ti XX Titanium Series”in qiyməti 300 min dollardır.

“Dodge Tomahawk V10 Superbike”ın dəyəri isə 550 min dollardır. “Harley Davidson Cosmic Starship” isə nə az, nə çox, düz 1.5 milyon dollara satılır. “1949 E90 AJS Porcupine” 7 milyon, “Neiman Marcus Limited Edition Fighter” isə 11 milyon dollara təklif olunur. 

Həmçinin oxuyun

Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? – VİDEO

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğunu göstərir. Dövlət …