Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan yerli siqaretlərini dünya bazarına çıxara bilərmi? – EKSPERT

Azərbaycan yerli siqaretlərini dünya bazarına çıxara bilərmi? – EKSPERT

Əgər 2016-cı ildə ölkədə 3.6 min ton tütün tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 44.4 faiz artaraq 5,2 min tona çatıb.

Bunu Trend-ə və “Anews” qəzetinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Namiq Şalbuzov deyib. N.Şalbuzov bildirib ki, artıma əsas səbəb son illər ölkə rəhbərliyi tərəfindən tütünçülüyə göstərilən diqqət və qayğıdır.

Ekspertin sözlərinə görə, tütünün satınalma qiyməti 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb və birinci növ yaş tütünün bir kiloqramı 25 qəpiyə, ikinci növ yaş tütünün bir kiloqramı isə 15 qəpiyə qəbul edilib: “Bu göstəricilər 2015-ci ildən müvafiq olaraq 16 qəpik və 8 qəpik çox olub. Eyni zamanda 2017-ci ildən istehsalçılara tədarükçülərə təhvil verdikləri quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir”.

N.Şalbuzov vurğulayıb ki, 2016-cı ilin məlumatına əsasən ölkədə tütün əkilən sahələrin 96.7 faizi və istehsal olunun tütünün 98.5 faizi Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür: “Bu iqtisadi rayonda isə Şəki, Zaqatala, Balakən və Qax rayonları xüsusilə fərqlənirlər. Ölkə üzrə istehsal olunan tütünün 68 faizindən çoxu Şəkinin, 14.7 faizi isə Balakənin payına düşür”.

Tütün məhsullarının xarici ölkələrə ixracına gəlincə isə, N.Şalbuzov deyib ki, ixrac əsasən xam tütündən ibarət olub. Onun sözlərinə görə, 2015-ci ildə 7.4 milyon dollar, 2016-cı ildə isə 8 milyon dollar məbləğində tütün ixrac edilib: “Azərbaycandan siqaret ixracı isə son illər azalıb və 2015-ci ildə 2 milyon, 2016-cı ildə 0.9 milyon dollar dəyərində olub. Bu isə onu göstərir ki, faktiki siqaret ixracı potensial imkanlardan aşağıdır. Halbuki Azərbaycanın yerli tütün xammalından siqaret istehsal etmək və bu sahədə ixracı artırmaq potensialı böyükdür”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …