Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan və Rusiya arasında 5 sənəd imzalandı –Siyahı

Azərbaycan və Rusiya arasında 5 sənəd imzalandı –Siyahı

Stavropolda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 5 sənəd imzalanıb.

Forumda “Tərəvəz məhsullarının istehsalı üzrə istixana kompleksinin tikintisi haqqında investisiya layihəsinin icrası niyyəti barədə”, “400 yerlik sanitar-mehmanxana kompleksinin yaradılması üzrə investisiya layihəsinin icrası niyyəti haqqında”, “Rusel” sanatoriyasının tikintisi üzrə investisiya layihəsinin icrası niyyəti haqqında” memorandumlar və “Həştərxan Vilayəti Hökuməti və Nərimanov Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq haqqında”, “Azərbaycan-Rusiya İşgüzar Şurası və Stavropol diyarı Ticarət-Sənaye İttifaqı arasında əməkdaşlıq haqqında” sazişlər imzalanıb.

Qeyd edək ki, bu gün Stavropolda “İnvestisiyalar, innovasiyalar və turizm” mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib/Trend.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …