Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan üçün iki tankerin tikintisinə dair müqavilə imzalanacaq

Azərbaycan üçün iki tankerin tikintisinə dair müqavilə imzalanacaq

Rusiyanın “Krasnoe Sormovo” gəmiqayırma zavodu martın sonunadək Azərbaycan üçün iki tankerin tikintisinə dair müqavilə imzalayacaq. Bu barədə cümə günü jurnalistlərə müəssisənin baş direktoru Nikolay Jarkov məlumat verib.

“Martın sonunadək Bakıdan olan şirkət ilə “RST27″ layihəli iki tankerin inşasına dair müqavilə imzalayacağıq”, – deyə o bildirib.

Baş direktor imzalanacaq müqavilənin detallarını açıqlamayıb.

“RST27” tipli tankerlər neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan “çay-dəniz” sinifli özüyeriyən gəmilərdir. Tanker eyni zamanda iki növ yük daşımaq imkanına malikdir. Gəminin qabarit uzunluğu 140, eni isə 16 metrdir. Dənizdə 4,2 metr suya oturma dedveyti 6980 tondur. (Report)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın