Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan tütün və tütün məmulatlarının idxalına çəkdiyi xərci 60% -ə qədər artırıb

Azərbaycan tütün və tütün məmulatlarının idxalına çəkdiyi xərci 60% -ə qədər artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 50,65 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,2% çoxdur.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalına çəkilən xərc ümumi idxal xərcinin 0,6%-ni təşkil edib.

6 ay ərzində Azərbaycan həmçinin 3,7 milyon dollarlıq tütün və onun sənaye əvəzedicilərini ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 43,2% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracına çəkilən xərc ümumi ixrac xərcinin 0,04%-i qədər olub.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …