Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Türkiyəyə 1,4 milyardlıq məhsul göndərib

Azərbaycan Türkiyəyə 1,4 milyardlıq məhsul göndərib

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Malayziya qərarlaşıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Türkiyəyə ixracın dəyəri 1 milyard 476,9 milyon dollar, Tunisə 142,6 milyon dollar, Malayziyaya isə 60,4 milyon dollar olub. Ötən ilin müvafiq dövrünə nisbətən hər üç ölkəyə ixracın dəyərində artım müşahidə edilib.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …