Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Türkiyəyə ən çox qaz tədarük edən üç ölkədən biridir

Azərbaycan Türkiyəyə ən çox qaz tədarük edən üç ölkədən biridir

Rusiya, ABŞ və Azərbaycan Türkiyəyə qaz tədarük edən ölkələrin arasında ilk üçlükdə yer alıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Bu ilin oktyabr ayında Türkiyəyə təbii qaz idxalı 15,2 faiz artaraq 4 milyard 657 milyon kubmetrə çatıb. İdxal olunmuş qazın 3 milyard 22 milyon kubmetrə yaxını boru kəmərləri ilə, 1 milyard 634 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz şəklində tankerlərlə çatdırılıb.

Hesabat dövründə boru kəmərləri ilə Türkiyəyə təbii qaz idxalı 6,9 faiz azalıb, tankerlərlə tədarük isə 105,5 faiz artıb.

Oktyabrda Türkiyə ən böyük həcmdə təbii qazı Rusiyadan alıb – 1 milyard 865 milyon kubmetr. Azərbaycandan isə 762 milyon kubmetr qaz tədarük edib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …