Ana səhifə / İqtisadiyyat / Azərbaycan sığorta bazarı 15% artıb

Azərbaycan sığorta bazarı 15% artıb

Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən toplam olaraq 556 866 578 manat həcmində sığorta haqqı toplanıb, həyata keçirilən ödənişlərin həcmi isə 257 109 597 manat olub.

“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Hesabata əsasən, sığorta yığımları illik müqayisədə 14,56%, ödənişlər isə 8,37% artıb.

2017-ci il ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,2 manatı sığorta hadisələri üzrə ödənişlərə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin yekununda bu göstərici 48,8 manat olub.

Könüllü sığorta bazarı üzrə daxilolmalar 375,231 mln. manat, ödənişlər isə 199,425 mln. manata yaxın məbləğ təşkil edib.

Hesabat ilində ölkə üzrə məcmu sığorta haqlarının 67,4%-i könüllü, 32,6%-i icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 77,6%-i könüllü, 22,4%-i icbari sığorta növləri hesabına formalaşıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …