Ana səhifə / İqtisadiyyat / Azərbaycan, Rusiya və İran saziş imzalamağı planlaşdırır

Azərbaycan, Rusiya və İran saziş imzalamağı planlaşdırır

Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu hissənin tikintisinə dair hökumətlərarası saziş hazırlayır.

Rusiya KİV-i xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov jurnalistlərə bildirib.

“Nəqliyyat nazirlikləri iki hökumətlərarası saziş hazırlayır: bunlar İran-Rusiya və üçtərəfli Azərbaycan-Rusiya-İran sazişidir”, – Pavlov MDB İqtisadi Şurasının kuluarlarında deyib.

Məlumata görə, sənədin 2023-cü ildə imzalanması planlaşdırılır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …