Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Rumıniyaya qaz nəqlinə başlayıb

Azərbaycan Rumıniyaya qaz nəqlinə başlayıb

Ötən il dekabrın 16-da SOCAR və Rumıniyanın “Romgaz S.A.” arasında imzalanmış müqaviləyə əsasən, yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb. 

Razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.

Azərbaycan qazının Rumıniyaya tədarükü üzrə müqavilə aprelin 1-dək 300 milyon kubmetr mavi yanacağın vurulmasını nəzərdə tutur.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …