Ana səhifə / İqtisadiyyat / Azərbaycan regionun ən zəngin ölkəsidir

Azərbaycan regionun ən zəngin ölkəsidir

ABŞ-ın nüfuzlu “Global Finance Magazine” nəşri dünyada ən zəngin ölkələrinin reytinqini tərtib edib.

Siyahıya dünyanın 185 ölkəsi daxil edilib.

Dünyanın ən zəngin ölkəsi adına Qətər layiq görülüb. Bu ölkədə adambaşına düşən ÜDM 146,011 min ABŞ dolları təşkil edir. İkinci sırada Lüksemburq (94,167 min dollar), üçüncü yerdə isə Sinqapur (84,821 min dollar) qərarlaşıb.

Azərbaycan reytinq sıralamasında 64-cü yeri tutub. Ölkəmizdə adambaşına düşən ÜDM 18,913 min dollara bərabərdir. Region ölkələrindən Gürcüstan 113-cü (8,222 min dollar), Ermənistan isə 116-cı (7,748 min dollar) yerdə qərarlaşıb.

Reytinqdə Rusiya 51-ci (25,350 min dollar), Türkiyə 62-ci (20,299 min dollar), İran isə 72-ci (16,918 min dollar) pillədə yer alıb.

Qeyd edək ki, siyahı Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında tərtib edilib. Nəşr reytinqi tərtib edərkən nisbi yaşayış dəyəri və inflyasiya səviyyəsinin nəzərə alındığı ölkələrdə adambaşına düşən alıcılıq qabiliyyəti paritetini əsas tutub.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın