Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı

Azərbaycan qazı “Qazprom”u sıxışdırdı, “Mavi axın” kəməri boş qaldı

Türkiyə ilə Rusiyanı birləşdirən və Qara dənizin dibindən keçən “Mavi axın” qaz kəməri mayın ortalarına həyata keçirilmiş profilaktik tədbirlərdən sonra işini bərpa etməyib.

Bu haqda “Reuters”in məqaləsində deyilir.

Türkiyənin energetika şirkəti BOTAŞ kəmərdə mayın 13-dən 29-na qədər profilaktik işlər görüb, amma bu vaxta qədər kəmərlə qaz nəqli bərpa olunmayıb. Buna səbəb Azərbaycan qazının Türkiyə bazarında Rusiya qazını sıxışdırması, habelə Türkiyənin sıxılmış qaz tədarükünü artırmasıdır. Bildirilir ki, Türkiyənin Azərbaycandan və ABŞ-dan qaz təchizatını artırması səbəbindən Ankara ilə Moskva arasında çatlar yaranıb.

“Qazprom” nümayəndəsi bildirib ki, Türkiyənin Rusiya qazına olan tələbatını “Türk axını” kəməri həyata keçirdiyi üçün ikinci qaz kəmərinin istifadə edilməsinə ehtiyac yoxdur.

Son üç ildə Rusiyanın Türkiyəyə qaz satışının həcmi 2 dəfədən çox azalıb. Bunun səbəbi dünya bazarlarında qiymətlərin dəyişməsi, sıxılmış qazın ucuzlaşması və Rusiya qazından daha ucuz Azərbaycan qazının Türkiyə bazarına daxil olmasıdır.

2000-ci illərin əvvəllərində işə salınmış “Mavi axın” kəməri bu vaxta qədər Türkiyəyə ildə 11 milyard kubmetrdən çox qaz nəql edib. Rusiyanın Türkiyəyə nəql etdiyi qazın ümumi həcmi isə ildə 15.5 milyard kubmetrdir. Hazırda “Qazprom” Türkiyənin qaz təchizatına görə dördüncü yerə geriləyib. Virtualaz.org

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …