Ana səhifə / İqtisadiyyat / Azərbaycan qənnadı məmulatların idxal-ixracını iki dəfədən çox artırıb

Azərbaycan qənnadı məmulatların idxal-ixracını iki dəfədən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatların idxal-ixracını kəskin artırıb.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 21,1 milyon manat təşkil edib.

Hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 1,31 %-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı 2,4 dəfə artaraq 4,9 milyon manat təşkil edib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …