Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan ötən il 183 tərəfdaş ölkə ilə ticarət əməliyyatları həyata keçirib

Azərbaycan ötən il 183 tərəfdaş ölkə ilə ticarət əməliyyatları həyata keçirib

Azərbaycan 2020-ci ildə 13,74 milyard dollar məbləğində məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsi bildirir ki, bu, 2019-cu illə müqayisədə 30 faiz azdır.

Hesabat ilində Azərbaycan 3 045 adda məhsul ixrac edib, 7 515 adda məhsul idxal olunub, 183 tərəfdaş ölkə ilə ticarət əməliyyatları keçirilib.

Azərbaycan daha çox neft və neft məhsulları, elektrik enerjisi, meyvə və tərəvəz, eləcə də kimya sənayesi məhsulları ixrac edib.

İxracda dövlət sektorunun payı 6,84 milyard dollar və ya 49,78 faiz, özəl sektorun payı 6,84 milyard və ya 49,77 faiz təşkil edib. Fiziki şəxslərin payına isə 61,5 miyon dollar düşüb.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …