Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan nefti 110 dollara qədər ucuzlaşdı

Azərbaycan nefti 110 dollara qədər ucuzlaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,75 ABŞ dolları, yaxud 1,56 % azalaraq 110,58 ABŞ dollarına düşüb.

Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 104,71 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …