Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan iqtisadiyyatı 1,3% böyüyüb

Azərbaycan iqtisadiyyatı 1,3% böyüyüb

2018-ci ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artaraq 11541,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi bildirir ki, ÜDM istehsalının 48,3 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,2 faizi tikintidə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 15,9 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,6 faizini təşkil edib.

Ötən ilin ilk 2 ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3% artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 1178,7 manata bərabər olub.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …