Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan iqtisadiyyatı 1% artacaq – AİB

Azərbaycan iqtisadiyyatı 1% artacaq – AİB

2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,3% azalacaq. “APA-Economics” xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov bildirib.
Bundan öncə ADB cari ildə Azərbaycanda ÜDM-in 1,1% azalacağını proqnozlaşdırıb.
Nümayəndəlik rəhbərinin sözlərinə görə, iqtisadi azalmanın əsas səbəbi neftin ucuzlaşmasıdır.
“İqtisadi azalmanın əsas səbəbi neft hasilatının azalmasıdır. Belə ki, 2017-ci ilin ilk yarısında ölkədə neft hasilatı 9% azalıb. Bu isə ötən ilin analoji dövründə müşahidə etdiyimiz azalmadan 0,4% çoxdur”, – deyə o bildirib.
Bununla yanaşı, N. Manapbekov hesab edir ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirəcək: “2018-ci ildə “Şahdəniz-2″ yatağından hasilata başlanması və özəl sektorun sağlamlaşdırılması fonunda iqtisadi artım müşahidə olunacaq”.
Onun fikrincə, gələn il Azərbaycanda ÜDM 1% artacaq.
ADB rəsmisi qeyri-neft sektorunda müşahidə olunan müsbət tendensiyanı alqışlayıb.
Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda inflyasiya 14% səviyyəsində olacaq. Bundan öncə proqnoz 9% olub.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …