Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan iqtisadi cəhətdən nə qədər azaddır?

Azərbaycan iqtisadi cəhətdən nə qədər azaddır?

Dünyanın aparıcı analitik mərkəzlərindən hesab olunan “Heritage Foundation” institutu və “The Wall Street Journal” nəşri tərəfindən hazırlanan ənənəvi illik hesabatda göstərilir ki, Azərbaycan ötən il iqtisadi azadlığın səviyyəsinə görə 176 ölkə arasında 75-ci sırada qərarlaşıb. 
“İqtisadi Azadlıq İndeksi-2023” adlandırılan bu hesabatda əmlak hüquqları, dövlət xərcləri, vergi, biznes, əmək, valyuta, ticarət, investisiya və maliyyə azadlığı sahələri üzrə ayrı-ayrı ölkələrdə iqtisadi azadlıqların səviyyəsi göstərilib. Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun açıqladığı statistik rəqəmlər əsasında aparılan araşdırmalarda ölkələrin göstəriciləri faizlə ifadə olunub. Hesabatda Azərbaycanın 2022-ci illə müqayisədə 2023-cü ildə mövqeyində dəyişiklik olmayıb.

2022-ci illə müqayisədə 2023-cü ildə ölkəmizdə iqtisadi azadlığın səviyyəsi 0,2% azalaraq 61,4%-ə düşüb. Məlumat üçün onu da bildirək ki, 80-100% arasında nəticə göstərən ölkələrin iqtisadiyyatı tam azad, 70-79,9% – əsasən azad, 60-69,9% – orta azad, 50-59,9% – əsasən azad olmayan, 1-49,9% isə iqtisadiyyatın təzyiq altında olduğunu göstərir.

İqtisadi azadlığın səviyyəsinə görə Azərbaycan region ölkələr arasında 4-cü sırada yer alır.
Gürcüstan (35-ci yer-68,7%),
Ermənistan (50-ci yer-65,1%)
Qazaxıstan (71-ci yer-62,1%)
iqtisadi azadlığın səviyyəsinə görə Azərbaycandan öndə yer alıblar.
Digər MDB və region ölkələrinə gəldikdə isə onların mövqeyi belə olub:
Moldova (96-cı yer-58,4%),
Türkiyə (104-ci yer-56,9%),
Özbəkistan (109-cu yer-56,5%),
Qırğızıstan (115-ci yer-55,8%),
Rusiya (125-ci yer-53,8%),
Belarus (145-ciyer-51%),
Tacikistan (146-ci yer-50,6%),
Türkmənistan (161-ci yer-46,5%),
İran (169-cu yer-42,2%).

“Heritage Foundation” və “The Wall Street Journal”ın hazırladığı hesabatda göstərilir ki, 2023-cü ildə Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə ən pis nəticəni məhkəmə effektivliyi ilə bağlı sahədə göstərib.
Digər sahələrdə vəziyyət belə olub:
Məhkəmə effektivliyi – 15,9 %
Hökumətin dürüstlüyü – 26,9 %
Mülkiyyət hüquqları – 51,7 %
Əmək azadlığı – 55,8 %
Maliyyə azadlığı – 60 %
Büdcə xərcləri – 63 %
Biznes azadlığı – 68,3 %
Ticarət azadlığı – 68,6 %
İnvestisiya azadlığı – 70 %
Valyuta azadlığı – 70,3 %
Vergi yükü – 87,3 %
Maliyyə sağlamlığı – 98,6 %

“İqtisadi Azadlıq İndeksi – 2023” adlı hesabat görə, dünyanın ən azad iqtisadiyyatına Sinqapur və İsveçrə malik olub. İralandiya 3-cü olub. Siyahıda Tayvan 4-cü, Yeni Zelandiya 5-cidir.
Bu sahədə “liderliyk” hər ildə olduğu kimi yenə də Şimali Koreyaya məxsus olub. Reytinq cədvəlinin sonuncu – 176-cı pilləsində qərar tutan bu ölkədə iqtisadi azadlığın səviyyəsi cəmi 2,9% həddində göstərilib. Onu da qeyd edək ki, Şimali Koreyada iqtisadi azadlığın səviyyəsi son bir ildə 0,1% həddində mənfiyə doğru dəyişib. Bu ölkədən sonra Venesuela, Kuba və Sudan də iqtisadi azadlıqların ən pis təmin olunduğu ölkələr olub.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …