Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan dünyanın dördüncü ən iri fındıq istehsalçısıdır

Azərbaycan dünyanın dördüncü ən iri fındıq istehsalçısıdır

Azərbaycan dünyada ən çox fındıq istehsal edən dördüncü ölkədir.
Belə ki, 2016-cı ildə Azərbaycanda 40,5 min ton fındıq istehsal olunub. Beləliklə, ölkəmiz Türkiyə, İtaliya və Gürcüstandan sonra dördüncü yeridə qərarlaşıb.
Bildirilir ki, hazırda Azərbaycanda 42 min hektar ərazidə fındıq yetişdirilir, lakin ölkənin potensialı bu göstəricinin 100 min hektara çatdırılmasına imkan verir.
Gəlirlərə gəlincə, ölkəmiz fındıq tədarükdən il ərzində 105 mln. dollar əldə edib.
Azərbaycan fındığının ən böyük idxalçısı Rusiyadır. Şimal qonşumuz ötən il Azərbaycandan 30 mln. dollarlıq fındıq alıb. İkinci yerdə isə 24 mln. dollarlıq göstərici ilə Almaniya qərarlaşıb.
(APA)

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …