Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda doqquz Azərbaycan şirkəti Çinə şərab ixracı barədə saziş imzalayıb: “Təsadüfi deyil ki, biz Honkonqda şərab məhsulları sərgisində iştirak etdik və artıq Çinə iki ixrac missiyası göndərmişik. Biz bu il də ənənəni davam etdirib bu HKTDC şərab məhsulları sərgisində iştirak edəcəyik. Sərgidə Azərbaycanın bir stendi təmsil olunacaq və burada 12 şirkət iştirak edəcək”.