Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan ayaqqabı istehsal edə bilmir və milyonlarla valyuta ölkədən çıxır

Azərbaycan ayaqqabı istehsal edə bilmir və milyonlarla valyuta ölkədən çıxır

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 70,2 min cüt ayaqqabı istehsal edilib.
Bu ilin ilk 3 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 79% az olub.
Məlum məsələdir ki, 10 milyondan çox əhalisi olan Azərbaycan üçün 3 ay ərzində 70,2 min cüt ayyaqabının istehsalı olduqca kiçik rəqəmdər.
Bu səbəbdən də hər il milyonlarla dollar vəsait ödənilərək xaricdən Azərbaycana ayaqqabı idxal edilir.
Müqayisə üçün qeyd edək ki, təkcə bu ilin ilk 2 ayında xaricdən Azərbaycana milyonlarla cüt ayyaqqabı gətirilib. Məsələn, ilk 2 ay ərzində Çindən dəyəri 5 milyon dollardan çox olan 2 milyon ədəddən çox müxtəlif formalı ayaqqabılar gətirilib. 2 ay ərzində təkcə İrandan Azərbaycana ümumi dəyəri 460 min dollar olan 1 milyon 125 min cüt ayaqqabı (üstü rezin) idxal edilib. Həmçinin 2 ay ərzində Türkiyədən gətirilən 155 min cüt ayaqqabı (üstü rezin) üçün 1,6 milyon dollar ödənilib. Yeniavaz.com

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …