Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

“Azərbaycan Avropanın bir sıra ölkələrinə, o cümlədən Portuqaliyaya tekstil malları ixrac edəcək”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mehriban Axundova bildirib.
“Portuqaliyaya 60-100 ton həcmində 100% pambıq iplik göndərilməsi nəzərdə tutulub. Bu ölkə ilə 1 illik müqavilə imzalanıb və hər ayın əvvəlində satış qiymətləri razılaşdırılacaq. Bundan başqa, digər Avopa ölkələri – Böyük Britaniya, Polşa və Estoniya ilə ixraca dair danışıqlar planlaşdırılır. Estoniyaya ixrac baş tutsa, buradan Azərbaycana məxsus tekstil malları Şimali Avropa ölkələrinə ixrac oluna bilər”, – deyə o qeyd edib. 
Sədrin sözlərinə görə, Azərbaycan hazırda Rusiya, Ukrayna, Belarus, Türkiyə və İrana tekstil malları ixrac edir: “Məsələn, Rusiyaya ixrac 2016-cı ildən başlayıb. Ötən il bu ölkəyə ixracın dəyəri 5 mln. ABŞ dollarından çox olub. Rusiyaya ixracda hər il, təxminən, 20% artım baş verir. Bu il də bu qədər artım gözləyirik”.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …