Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan 2020-ci ildə Avropaya qaz tədarük etməyə başlayacaq

Azərbaycan 2020-ci ildə Avropaya qaz tədarük etməyə başlayacaq

Azərbaycan qazının “Trans-Adriatik” (TAP) boru kəməri ilə Avropaya kommersiya tədarükü 2020-ci ilin ikinci yarısından başlayacaq.

“RİA Novosti”nin məlumatına görə, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.
“Azərbaycan qazının TAP kəməri ilə Avropaya kommersiya tədarükü 2020-ci ildə başlayacaq, lakin dəqiq ayı açıqlamayacağam. Qazın sınaq tədarükünə daha əvvəl başlanıla bilər”, – V.Əliyev jurnalistlərə deyib.
O əlavə edib ki, “Trans-Adriatik” boru kəmərinin tikintisində heç bir ləngimə yoxdur və 1 iyul 2019-cu il tarixində boru kəməri Azərbaycan qazının Avropaya nəqli üçün tam hazır olacaq.(oxu.az)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …