Şənbə , Yanvar 29 2022
Ana səhifə / İqtisadiyyat / “Azərtütün” özəlləşdirildi

“Azərtütün” özəlləşdirildi

“Tabaterra Leaf” QSC “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC-nin səhmlərinin 85%-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, nazirliyin Əmlak Məsələləri Dövlət Xidməti sözügedən investisiya müsabiqəsini oktyabrın 15-də elan edib. Noyabrın 18-də Müsabiqə Komissiyası iddiaçıların təkliflərinə baxıb və qalibi elan edib.

Noyabrın 25-də qalib şirkətlə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6,4 milyon manat pul köçürməyi, ümumi dəyəri 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsini üzərinə götürüb.

İnvestisiya Proqramına əsasən, müəssisədə istehsal avadanlıqlarının təmiri, istehsal xətti üçün tələb olunan əlavə avadanlıq və hissələrin alınması, laboratoriya avadanlıqlarının yenilənməsi, tütün emalı zavodu və tütün qəbulu məntəqələrində təmir-tikinti işlərinin aparılması, dövriyyə kapitalına investisiya qoyuluşu nəzərdə tutulur.

Müsabiqə qalibi investisiyaları 1 il ərzində yatırmağı, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yeri yaratmağı planlaşdırır.

Beləliklə, dövlət müəssisəsinin özəlləşdirilməsi ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması istiqamətində növbəti addım olacaq.

Həmçinin oxuyun

“Financial Times”: “Aİ Azərbaycandan qaz tədarükünün artırılmasını nəzərdən keçirir”

Avropa Komissiyasının energetika üzrə komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün …