Şənbə , Fevral 27 2021
Ana səhifə / İqtisadiyyat / “Azərsu” 1 il əvvəl yaranan şirkətlə 768128 manatlıq müqavilə bağladı

“Azərsu” 1 il əvvəl yaranan şirkətlə 768128 manatlıq müqavilə bağladı

“Azərsu” ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan nəqliyyat vasitələri və qurğuların yüksək təzyiqli yanacaq nasosu və yanacaq püskürücülərinin təmiri işlərinin və tələb olunan ehtiyat hissələrinin satın alınması ilə bağlı müqavilə bağlayıb. 
Qaynarinfo xatırladır ki, sözugedən tender musabiqəsi bu il yanvarın 7-də keçirilib. Açıq tenderin qalibi İRZS MOTORS MMC olub. “Azərsu” qalib şirkətə 768 min 128 manat ödəyəcək.
Tenderin şərtlərinə görə, 1 ədəd Yanacaq nasosu – “CASE 580T” markalı buldozerin yüksək təzyiqli yanacaq nasosun gövdəsinin dəyişilməsi, 12 ədəd yanacaq püskürücüləri “Reno Truks” markalı avtomobilin yanacaq püskürücüsün stenddə yoxlanılması, 12 ədəd yanacaq püskürücüləri – “Reno Truks” markalı avtomobilin yanacaq püskürücüsün tozlandırıcı ucluğun dəyişilməsi, 12 ədəd yanacaq püskürücüləri – “Reno Truks” markalı avtomobilin yanacaq püskürücüsün klapan dəsti dəyişilməsi, 6 ədəd yanacaq püskürücüləri – “Reno Truks” markalı avtomobilinin yanacaq püskürücüsün əsaslı təmir olunması, 8 ədəd yanacaq püskürücüləri – “İsuzu NPR8” markalı avtomobilin yanacaq püskürücüsün stenddə yoxlanılması və 8 ədəd yanacaq püskürücüləri – “İsuzu NPR8” markalı avtomobilin yanacaq püskürücüsün tozlandırıcı ucluğun dəyişilməsi – alınacaq.
Qeyd edək ki, satınalma müqaviləsi bağlanan şirkət “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə cavab vermir. Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 1 il əvvəl yaranan bu şirkətin qanunda göstərilən təcrübəyə malik olması şübhəlidir. Qanunun 6.2.6. bəndinə görə, şirkətin 5 illik təcrübəsi olmalıdır. 
100 manat nizamnamə kapitalına malik İRZS MOTORS MMC 2020-ci ilin yanvarın 8-də yaradılıb. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ YOLU -2, ev 36, m. 69-dur, qanunu təmsilçisi isə Zeynalov Rüfət İsrafil oğludur. 
Şirkət indiyə kimi dövlət satınalmalarında iştirak etməyib. İnternet resurslarında İRZS MOTORS MMC ilə bağlı məlumatlar yalnız iş elanlarından ibarətdir.

Həmçinin oxuyun

Yayadək artıq neft tükənəcək, tədarük çətinləşəcək. SOCAR nə düşünür?

Dünya bazarlarında neft qiymətlərinin sıçrayışına hazırlaşmaq məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hasilatı dayandırılmış quyularda …