Şənbə , Fevral 24 2024
Ana səhifə / İqtisadiyyat / “Azəristiliktəchizat”ın şübhəli tender qalibləri

“Azəristiliktəchizat”ın şübhəli tender qalibləri

Auditlə əhatə olunan dövrdə (nəzarət tədbiri 2015-ci ilin aprel-dekabr ayları və 2016-cı ili əhatə edir) satınalma metodu üzrə 9 mln. 747 min 888,59 manat (o cümlədən 2015-ci il üzrə 6 mln. 561,551 min manat və 2016-cı il üzrə 3 mln. 186,337 min manat) məbləğində 95 satınalma müqaviləsi (o cümlədən 2015-ci il üzrə 62 müqavilə və 2016-cı il üzrə 23 müqavilə) imzalanıb.

Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib.

Sənəddə vurğulanıb ki, həmin müqavilələrin icra səviyyəsi 98,9% təşkil edib, həmin müqavilələr üzrə malsatan və podratçılara 9 mln. 645,029 min manat məbləğində vəsait ödənilib.

Bülletenə əsasən, “Azəristiliktəchizat” ASC tərəfindən “Dövlət satınalmaları haqqında” qanunun və satınalmaları tənzimləyən digər normativ hüquqi aktlarının tələblərinə düzgün əməl edilməyərək bəzi hallarda artıq xərclərə və pozuntularına yol verilib. Belə ki, 2015-ci ilin oktyabr ayında 83 saylı qazanxanada gücü 115 kVt olan 2 ədəd divar tipli qazanın quraşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə keçirilən kotirovka sorğusunda “Sosial-İnkişaf layihə” MMC tərəfindən 4700 manat məbləğində qiymət təklif olunduğu halda müsabiqədə 6092,18 manat qiymət təklifi verən “İstilik Sistemləri və Qurğuları Layihə-Smeta Elmi-Tədqiqat Mərkəzi” MMC qalib elan olunaraq ona 6092,18 manat və ya əlavə 1392 manat artıq vəsait ödənilib.

“Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əməl edilməyərək məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı qisimlərə bölünməklə, 2015-ci ildə 65 min 17,92 manat və 2016-cı ildə 51 min 141,03 manat material ehtiyatları satınalma metodu aparılmadan icra edilib, 2015-ci ildə satınalma müqaviləsinin icrasını təmin etmək üçün iddiaçılardan (mal göndərənlərdən) müvafiq texniki imkanlarının, işçi qüvvəsinin olması, eləcə də satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri barədə arayış tələb olunmayıb, satınalma prosedurlarında satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilər cəlb edilməyib, “Dövlət satınalmaları haqqında” qanunun 13-cü maddəsinin tələbləri pozularaq “İstilik Sistemləri və Qurğuları Layihə-Smeta Elmi-Tədqiqat Mərkəzi” MMC-nin “Azəristiliktəchizat”dan hüquqi və təşkilati asılılığı olduğu halda, ASC tərəfindən keçirilən satınalma prosedurlarında iştirak etməklə 2015-2016-cı illərdə cəmi 428 min 759,59 manat məbləğində satınalmaların qalibi elan olub, cəmiyyətin mərkəzi anbarında eyni adlı və eyni funksiyalı mal-materialların olduğu halda 2015-ci ildə 18 min 103,9 manat və 2016-cı ildə 10 min 363,11 manat, cəmi 28 min 467,01 manat məbləğində malların satın alınması həyata keçirilib.

Azərbaycanda istehsal edilməyən malların idxal olunması üçün birbaşa müqavilə əsasında satınalmaların həyata keçirilməsinə icazə verilməsi barədə 23 dekabr 2016-cı il tarixdə 02/236-08 nömrəli məktubla “Azəristiliktəchizat” ASC tərəfindən NAzirlər Kabinetinə müraciət edilib. Müraciət 28 dekabr 2016-cı il tarixdə müsbət cavablandırılaraq İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə göndərilib, müvafiq razılıq alınmadan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 6 Qkal/saat gücündə yeni qazanxananın tikintisi üçün ASC və “Vest-LTD” MMC arasında birbaşa müqavilə bağlanılıb və 813 min 399,54 min manat məbləğində vəsait xərc edilib.

Həmçinin oxuyun

Universitet 5 mərtəbəli laboratoriya binası layihələndirmək istədi

Lənkəran Dövlət Universiteti (LDU) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi …