Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / İqtisadiyyat / “Azərişıq” ASC-nin 27 milyon manatlıq tenderlərini bu şirkətlər uddu

“Azərişıq” ASC-nin 27 milyon manatlıq tenderlərini bu şirkətlər uddu

“Azərişıq” ASC-nin keçirdirdiyi tender müsabiqələrinin qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqələrinin qalibləri – “Smart Energy Services” MMC və “Enerji Construction” QSC olub.
“Azərişıq” ASC Mingəçevir şəhəri ərazisində yerləşən mövcud 35/6 kV-luq 2×10 MVA gücündə “Karxana” yarımstansiyasının 110/35/6 kV-luq 2×40 MVA gücündə yenidənqurulması və 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınmasına görə “Smart Energy Services” MMC-yə 14 milyon 987 min 836 manat 45 qəpik ödəyəcək.
“Enerji Construction” QSC-yə isə Tovuz rayonu, ərazisində 110/35/10 Kv “Tovuz Şəhər” yarımstansiyasının 2×25 MVA gücündə yenidənqurulması, giriş-çıxış xətlərinin köçürülməsi işlərinin satın alınmasına görə 12 milyon 331 min 466 manat 47 qəpik ödəyəcək.

Həmçinin oxuyun

Qəbul olunan Rəqabət Məcəlləsi iqtisadi münasibətlərə necə təsir edəcək? (ŞƏRH)

“Burada əsas məsələ cəzaların sərtliyi deyil, onun hamıya eyni qaydada tətbiq olunmasıdır”.  Bunu Qaynarinfo-ya açıqlamasında …