2023-ci ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 100 milyon barel (14 milyon ton) və ya gündə orta hesabla 368 min barel neft hasil edilib.
Bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə ümumi hasilat 12,8% və ya 14 milyon barel azalıb.
Məlumat üçün bildirək ki, 13 il əvvəllə – 2012-ci ilin ilk 9 ayının nəticəsilə müqayisədə AÇG-də hasilat təxminən 2 dəfəyə yaxın (87,4 milyon barel) azalıb. Belə ki, 2012-ci ilin ilk 9 ayında AÇG yatağından 187,4 milyon barel neft hasil olunub.
Bundan başqa 2023-ci ilin ilk 9 ayı ərzində AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, həmçinin 53 qaz və su injektor quyusu istismarda olub. 13 il əvvəl quyularım ümumi sayı cəmi 94 olub (62 hasilat, 32 injektor).
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator – 30,37%), ARDNŞ (25%), MOL (9,57%) (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib), İNPEKS (9,31%), “Equinor” (keçmiş “Statoil”) (7,27%), “EksonMobil” (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və “ONGC Videş Limited” (OVL) (2,31%) şirkətləridir.
Son 13 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:
