Bazar , Fevral 25 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Metrologiya İnstitutu “Araz” supermarketlərdə tərəzilərin düzgünlüyünü təsdiqləyib

Azərbaycan Metrologiya İnstitutu “Araz” supermarketlərdə tərəzilərin düzgünlüyünü təsdiqləyib

Müştəri məmnuniyyətinin artırılması və istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə “Araz” supermarketlərdə istifadə edilən tərəzilərin düzgünlüyü yoxlanılıb və təsdiqlənib.
“Araz” supermarketlər şəbəkəsinin sifarişi əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu tərəfindən supermarketlər şəbəkəsində istifadə edilən tərəzilərin düzgünlüyünün yoxlanılması həyata keçirilib.
Şəbəkəyə məxsus filiallarda ölçmə vasitələrinin yoxlanılması zamanı tərəzilərin düzgünlüyü, xətasız işlədiyi Azərbaycan Metrologiya İnstitutu tərəfindən təsdiq edilib və mağazalara ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələr təqdim edilib.
Bununla yanaşı, müştərilərin ölçmə vasitəsinin düzgünlüyündən əmin olması üçün tərəzilərin üzərinə düzgünlüyü təsdiq edən holoqram və QR kod yerləşdirilib. QR kodu oxutmaqla istehlakçılar tərəzilərin düzgünlüyü barədə sənədi əldə edə bilərlər. Nəticədə müştərilər “Araz” supermarketlərdən aldıqları məhsulun çəkisinin düzgün çəkilməsindən əmin ola bilərlər.
Qeyd edək ki, QR kod vasitəsilə tərəzilərin düzgünlüyünün təsdiq edilməsi ölkəmizdə ilk dəfə “Araz” supermarketlərdə həyata keçirilib və 230 mağazada tərəzilərin yoxlanılması aparılıb, düzgünlüyü təsdiqini tapıb.

Həmçinin oxuyun

Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci …