Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlıya ABŞ-da yüksək vəzifə – İlk dəfə

Azərbaycanlıya ABŞ-da yüksək vəzifə – İlk dəfə

ABŞ-da yaşayan Qarabağ Fondunun təsisçisi Adil Bağırov Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəri seçilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Adil Bağırov hələ 2013-cü ildə Amerikanın ən önəmli dövlət vəzifələrindən hesab edilən Təhsil Şurasının yeddi üzvündən biri seçilmişdi. Bununla da, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən ilk Amerika azərbaycanlısı adını almışdı.
Qeyd edilir ki, Deyton Təhsil Şurasının 500 milyon dollarlıq illik büdcənin istifadə edilməsi və 14 min şagirdin oxuduğu dövlət məktəblərinə nəzarət etmək kimi səlahiyyəti var.

Türkiyə mətbuatının yazdığına görə, Azərbaycanın öndə gələn ailələrindən birində böyüyən Bağırov son illər siyasətə maraq salıb. İki uşaq atası olan həmyerlimiz Amerika Türk Şurasının keçmiş rəhbəri Sevin Elakdağ ilə evlidir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın