Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlılar Moskvada yolu belə bağladı – Video

Azərbaycanlılar Moskvada yolu belə bağladı – Video

Rusiyanın paytaxtı Moskvada azərbaycanlıların toy karvanı yolu bağlayıb.

 

ANS-in məlumatına görə, mayın 23-də Varşava magistralında azərbaycanlılara məxsus toy karvanının maşınları yol getdiyi zaman qəfildən hərəkəti dayandırıb.

 

Həmin karvana aid olan avtomobillərdən birində isə bunu videoya çəkərək sosial şəbəkədə paylaşıblar.

 

Kadrlarda da görünür ki, ümumilikdə beş maşın körpüyə girəndə qəsdən yolu kəsiblər. Onlardan ikisinin üzərində Azərbaycan bayrağı olub. Dayanan maşınların içərisindən adamlar çıxaraq bəylə gəlini təbrik ediblər.

 

Yoldakı bu durğunluq cəmi 30 saniyə davam etsə də, magistral yolda sıxlıq yaranmasına səbəb olub.

 

 

 

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın