Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda

Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda

Bu yaxınlarda Azərbaycanın mədəniyyət və incəsənət sahəsində xüsusi bir uğura imza atılıb. 

“Qafqazinfo” xəbər verir ki, azərbaycanlı gənc Kamran Səfərəlizadə Amerikada UNESCO Sülh Mərkəzi (UNESCO Center for Peace) və UNESCO Klubları, Mərkəzləri və Asossiyasiyalarının Birləşmiş Ştatlar Federasiyası (U.S. Federation of UNESCO Clubs, Centers and Associations) tərəfindən təşkil edilmiş UNESCO klubları 2017 Dünya üzrə Gənclərin Multimediya Yarışmasında (UNESCO Clubs 2017 Worldwide Youth Multimedia Contest) ölkəmizi təmsil edərək, hazırladığı video-animasiya ilə ilk 10-luğa daxil olmağı bacarıb.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqında Multimediya Menecer vəzifəsində çalışan K. Səfərəlizadə eyni zamanda Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsidir.

Gənc yaşında belə bir uğura imza ataraq Kamran beynəlxalq yarışmalarda ilk dəfə olaraq Azərbaycanı “hərəkətli qrafik dizayn” (motion graphic design) ilə təmsil etməyi bacarıb. 76 ölkə və 600-dən çox iştirakçının arasından finala yüksələrək ilk 10-luğa daxil olan gəncimiz yarışmanın mövzusuna uyğun olaraq öz videosunda, qaçqınların probleminin qlobal problemə çevrilməsini və həlli yollarını “hərəkətli qrafik dizayn” (motion graphic design) vasitəsilə göstərməyə çalışıb.

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə yaradılıb. 30-adək çox ölkədən üzv təşkilatları birləşdirir. Təşkiların rəhbəri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovdur.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın