Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı boksçunun Berlində İlham Əliyevlə görüşmək istəyi alınmadı

Azərbaycanlı boksçunun Berlində İlham Əliyevlə görüşmək istəyi alınmadı

Almaniyada yaşayan tanınmış boksçu Ağəli Alışov Berlində rəsmi səfərdə olan Azərbaycan respublikasının Prezidenti İlham Əliyevlə görüşməyə cəhd etsə də, prezidentlə görüşmək imkanı əldə edə bilməyib.

Azinforum.az-ın xəbərinə görə, bu haqda tanınmış bokusçu özünün “feysbuk” səhifəsində yazaraq məlumat verib.

“Əziz dostlar, bu gün ölkə başçısı İlham Əliyev cənabları ilə görüşmək üçün Berlin şəhərinə yola düşmüşdüm. Mən də olan məlumata görə ölkə başçısı bu gün Berlində bir forumda iştirak edəcəkdi. Lakin prezident öz planında  dəyişiklik edərək, dünən Azərbaycana yola düşüb. Çox təəsüflər olsun ki, prezidentlə bu dəfə görüşüb ölkədə mənə qarşı olunan haqsızlıqları çatdıra bilmədim. İnşallah prezidentin Avropaya növbəti səfərini gözləyəcəm. Emin olun ki, onunla görüşmək üçün bütün cəhdlərimi edəcəm. Haqqımı istədiyim üçün kimlərin məni susdarmaq istədiyini, hədə-qorxu gəldiyini, hamını adbaad bir-bir söyləyəcəm. Mən Azərbaycanlıyam və bununla qürur duyuram! Hər zaman arzum öz ölkəm üçün çalışmaq olub.”

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın