Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın xarici ticarət dövriyyəsi 45% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 45% artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycan 5 317,941 milyon ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.

Azinforum.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qeydə alınan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 45,2% çoxdur. 

Məlumata əsasən, 2 aylıq ticarət dövriyyəsinin 3 152,129 milyon dolları ixracın, 2 165,812 milyon dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb. Nəticədə xarici ticarətdə 986,317 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 30% çoxdur. 

Həmçinin oxuyun

Deputatdan “Türkiyəyə yatırım edək” çağırışı

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində ən böyük dəstəyi qardaş Türkiyədən …