Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın valyuta ehtiyatları rekord səviyyəyə çatıb

Azərbaycanın valyuta ehtiyatları rekord səviyyəyə çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 4,8% (2,4 mlrd. ABŞ dolları) artaraq 53,2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlib.

Azinforum.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6% artaraq 7 mlrd. ABŞ dollarını üstələyib.

Qeyd edilir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.

Həmçinin oxuyun

Bahalaşmanın əsas səbəbləri nələrdir? – VİDEO

Son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Ekspertlər qeyd edirlər ki, bunun …