Çərşənbə , Fevral 8 2023
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın TAP vasitəsi ilə ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın TAP vasitəsi ilə ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

İndiyə qədər Cənub Qaz Dəhlizi (SGC) kəmərinin tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə 19,4 milyard kubmetrdən çox təbii qaz ixrac edilib.

Bunu energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki,  ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Həmçinin oxuyun

“Bazarstore”də yüksək vəzifə tutan Türkiyə vətəndaşının iş icazəsi ləğv olundu

Dövlət Miqrasiya Xidməti Türkiyə vətəndaşı olan Kocabey Suata Azərbaycanda işləmək üçün verilən icazəni ləğv edib.Yeniavaz.com xəbər …