Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır” – FOTO

“Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır” – FOTO

“Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda xaricə satdığımız qazın ölkələr üzrə miqdar, dəyər göstəriciləri yer alıb. Qazın hər 1000 kub metrindən Azərbaycanın qazancını  hesabladım. Məlum oldu, Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır, Türkiyə və Bolqarıstana satdığı qazın qiyməti ilə  demək olar ki, eynidir”.

Bunu ekspert Qubad İbadoğlu bildirib.

Q.İbadoğlu qeyd edib ki, sadalanan ölkələrin hamısı qaz idxalatçılarıdır: “Necə ola bilər ki, Gürcüstana yüz kilometrlər daşınan qazın qiyməti Bakıda satılan qazın qiymətindən 55,4 dollar ucuz, Türkiyə və Bolqarıstana min kilometrlərlə daşınan qazın qiyməti isə Bakıda satılan qiymətə bərabər olsun? Heç olmazsa ədalətiniz olsun, Azərbaycan xalqının öz sərvətini ona Gürcüstanla müqayisədə 1,6 dəfə baha satmayın. İndi “akademik”lər yazacaqlar ki, bəs Avropaya qazı spot qiyməti ilə, Gürcüstana və Türkiyəyədə uzunmüddətli müqavilələrlə satırıq. Nə olsun? Onda nədən Azərbaycanda əhali istehlakçı qrupuna  qazın qiymətini bir gecədə bahalaşdırdınız. Onlar üçün də elan edərdiniz ki, qazın qiyməti gələn ildən bahalaşacaq, əmək haqqı və pensiyalar artandan sonra…” Fotoları təqdim edirik

Həmçinin oxuyun

İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? – TƏHLİL

Bu yaxınlarda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr …