Çərşənbə , İyul 17 2019
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanın insan alverinə qarşı mübarizə modeli Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov 

“Azərbaycanın insan alverinə qarşı mübarizə modeli Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov 

Sentyabrın 22-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəal şəxslər iştirak ediblər.
“İnsan alverinə qarşı mübarizə” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanın insan alverinə qarşı mübarizə təcrübəsi haqqında danışıb. Paytaxt Bakıda və regionlarda insan alverinə qarşı mübarizə ilə bağlı təşkil olunan tədbirlər barədə məlumat verən hüquq müdafiəçisi Azərbaycanın bu sahədə kifayət qədər effektiv qanunvericiliyə malik olduğunu diqqətə çatdırıb.

Milli Fəaliyyət Planı çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyənləşdirilib maarfiləndirilməsi, cəmiyyətə inteqrasiya və reinteqrasiyası sahəsində çox ciddi addımlar atıldığını bildirən ADİHİ rəhbəri ABŞ və Azərbaycanın bu sahədə yaxından əməkdaşlıq etdiyini və Azərbaycanda insan alverinin minimuma endirildiyini də deyib. ABŞ-ın insan alverinə qarşı mübarizə sahəsində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilən prioritetlərə uyğun olaraq, Azərbaycanla səmərəli əməkdaşlıq etdiyini xüsusi vurğulayan Əhməd Şahidov USAID təşkilatının Azərbaycanın müvafiq qurumları ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
AR DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinə toxunan hüquq müdafiəçisi Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etdiyini bildirib.

Həmçinin oxuyun

Pomidor böhranı necə həll olunacaq? – ŞƏRH

2019-cu ilin təsərrüfat mövsümü  qlobal iqlim dəyişikliklərilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə …

Bir cavab yazın