Ana səhifə / İqtisadiyyat / Azərbaycanın “Eurovision”dakı yeri – Beşlikdə yoxuq

Azərbaycanın “Eurovision”dakı yeri – Beşlikdə yoxuq

Avropa ölkələrinin rəsmi OGAE (Organisation générale des Amateurs de l’Eurovision) klubları Kiyevdə təşkil ediləcək 62-ci “Eurovision” mahnı yarışmasının iştirakçıları üçün səslərini verməyə davam edir.

“Qafqazinfo”nun məlumatına görə, artıq ölkələrin əksəriyyəti səsvermədə iştirak edib. İndiyənə kimi OGAE fan klublarından bal almayan ölkələrdə olub. Ukrayna, Fransa, Lüksenburq, Sloveniya və Finlandiya ən yüksək balını İtaliyaya verib. Belarus İsveçi, Macarıstan isə Belçikanı birini görür.

Səsvermə zamanı 5-liyə daxil olan ölkələrin adları açıqlanıb.

1-ci yerdə 78 balla İtaliya təmsilçisi Francesco Gabbanidir. Lakin, onun “Occidentali’s Karma” mahnısı “Youtube”də heç 1 milyon insan tərəfindən izlənilməyib.


İkinci yerin sahibi İsveç təmsilçisi Robin Bengtssondur. İfaçının  “I Can’t Go On” mahnısı 59 baş toplayıb.


Üçüncü yerə Belçika iştirakçısı Blanchedir. Müğənninin “City Lights” mahnısı 55 səs yığıb.

4-cü yerin sahibi Fransa təmsilçisi Almadır, onun “Requiem” əsəri 42 bal yığa bilib.


Beşinci sırada ötən il səsvermədə bal toplaya bilməyən Estonyadır. Koit Toome və Lauranın səsləndirdiyi “Verona” 41 bal toplayıb.

Azərbaycan təmsilçisi Diana Hacıyeva isə beşliyə daxil ola bilməyib.

Qeyd edək ki, OGAE “Eurovision” müsabiqəsinin fan klub təşkilatıdır. Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir.

2007-ci ildən yaranan təşkilatda səsvermələr rəsmi müsabiqədə olduğu kimi aparılır, hər ölkə bəyəndiyi 10 mahnını 1-8, 10 və 12 xalla mükafatlandırır. Qaydalara əsasən, hər ölkə öz mahnısına səs verə bilməz.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın