Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın dövlət büdcəsinin qalığı 369 milyon manata düşüb

Azərbaycanın dövlət büdcəsinin qalığı 369 milyon manata düşüb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 735,2 milyon manat, xərcləri isə 9 366,3 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,5 %və 0,3 % azdır.

Son nəticədə büdcədə 368,9 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-aprel aylarının yekununda büdcə qalığı 706,6 milyon manat olmuşdu.

Həmçinin oxuyun

Prezidentin xəbərdarlığı ilə bağlı nazirlikdən açıqlama: Pullar hara xərclənib?

İyulun 25-də Prezident İlham Əliyev öz rəsmi Tvitter səhifəsində məmurlara müraciət edərək «nəzarətsiz xərclərlə» bağlı …